RU

Andrade Çempionlar Liqasında tarixi rekorda imza atdı 

“Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.

İdmanxeber.az xəbər verir ki, 26 yaşlı hücumçu “Atletik”lə səfər oyununda 48-ci saniyədə fərqlənərək Bilbao klubunun turnir tarixində buraxdığı ən erkən qolun müəllifi olub.

Bununla da Andrade 1998/99 mövsümündə “Rusenborq”un oyunçusu Yan Sorensenin (1:25 dəq.) rekordunu yeniləyib.

Qeyd edək ki, görüş “Qarabağ”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Избранный
7
idmanxeber.az

1Источники