RU

Neft Fondu bu il hərraclarda 4,35 milyard dollar valyuta satıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin yanvar-sentyabr aylarında Mərkəzi Bank vasitəsilə həyata keçirilən hərraclarda 4 milyard 350.3 milyon ABŞ dolları məbləğində vəsait satıb.

Oxu.Az ARDNF-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24.3% azdır.

Yəni satışlarda 1 milyard 396.4 milyon ABŞ dolları azalma qeydə alınıb.

2024-cü ilin yanvar-sentyabr aylarında hərraclarda satılan vəsaitin məbləği 5 milyard 746.7 milyon ABŞ dolları olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
oxu.az

1Источники