RU

BMW həvəskarlarına bəd xəbər

ain.az, Milli.az saytına istinadən bildirir.

Alman avtomobil nəhəngləri çip çatışmazlığı səbəbindən istehsalı məhdudlaşdıra və ya dayandıra bilər.

Milli.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Volkswagen (VW), BMW, Mercedes və Audi kimi şirkətlər əsas komponentlərin təchizatında yaranmış problemlərlə üzləşib.

Problemin əsas səbəbi Niderlandın Nexperia şirkətinə tətbiq edilən ixrac məhdudiyyətləridir. Nexperia avtomobillərdə istifadə olunan çiplərin istehsalında mühüm rol oynayır. Volkswagen artıq Golf və Tiguan modellərinin istehsalını müvəqqəti dayandırıb. BMW və Mercedes-Benz də vəziyyəti izləyir, lakin hələ istehsalda ciddi dayanmalar qeydə alınmayıb.

Alman Avtomobil Sənayesi Assosiasiyası (VDA) çip çatışmazlığının yaxın gələcəkdə istehsalın dayandırılmasına səbəb ola biləcəyini xəbərdarlıq edib.

İsmayıl

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
news.milli.az

2Источники