Mərakeş və Pakistan vətəndaşları Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib.
Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, Mərakeşin iki vətəndaşı - Mohammed Fassih və Ousama Ben Moulay Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərib.
Bundan başqa, Pakistanın üç vətəndaşı - Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Normanın da Azərbaycan sərhədini Gürcüstan istiqamətində pozmaq istəyinin qarşısı alınıb.
Onlar sərhədçilərin keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.
Faktlarla bağlı əliyyаt-istintaq tədbirləri aparılır.