RU

Müharibəni bitirməsi üçün Zelenskiyə təzyiq edilir, ancaq işğala məruz qalan ölkənin Ukrayna olduğu unudulur

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Tramp ötən həftə Ukraynada müharibəyə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra cümə günü Ağ Evdə Zelenski ilə görüşüb. Qapalı görüşdən sonra mətbuata sızan məlumatlar beynəlxalq gündəmi zəbt etdi və Avropa paytaxtlarında soyuqqanlı təsir bağışladı. Həftə sonu beynəlxalq mediada yayılan xəbərlərdə Trampın Ukraynada Rusiyaya ərazi güzəştləri etməsi üçün Zelenskiyə təzyiq etdiyi, Kiyevin təcili tələb etdiyi “Tomaqavk” raketlərini tədarük etməkdən imtina etdiyi və Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı gözləntilərini sarsıdan açıqlamalar verdiyi göstərilib. ABŞ prezidenti Tramp və Ukrayna prezidenti Zelenskinin rəhbərlik etdiyi Ağ Ev nümayəndə heyətinin görüşlərinin liderlərin səsini ucaltması ilə gərgin anların şahidi olduğu bildirilir.

Financial Times-a görə, Tramp hətta Zelenskiyə “Putinin şərtlərini qəbul etməli olduğunu” deyib, əks halda “Putin Ukraynanı məhv edəcək” xəbərdarlığını edib. Məlumatlara görə, ABŞ prezidenti Tramp görüş zamanı Ukraynadakı cəbhə xətlərinin xəritələrini kənara ataraq “Bunu görməkdən yoruldum” deyərək, Zelenskinin bütün Donbas bölgəsini Putinə təhvil verməsində israr edib, Avropa ölkələrindən “maksimalist” damğası vurmağı tələb edib. Ukrayna lideri könüllü olaraq ərazi güzəştlərinə getməyəcəyi ilə bağlı mövqeyini təkrarlayıb. Rusiya Donbasın böyük bir hissəsini ələ keçirib və Ukrayna ordusu regionun qalan hissəsinin Rusiyanın əlinə keçməsinin qarşısını almaq üçün hazırkı müdafiə xəttini saxlamaq üçün çətin mübarizə aparır. Ukrayna iddia edir ki, yalnız bu yolla Rusiya işğalının daha da genişlənməsinin qarşısı alına bilər və heç bir güzəştə gedə bilməz.

Poitoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Volodimir Zelenskinin ABŞ-a səfərindən saatlar əvvəl gerçəkləşən Vladimir Putinlə telefon danışığı, bu görüşü heçə endirdi: “Putin təklifini verdi. O Donbası Rusiyaya verməklə atəşkəsə getməyə razılaşır: Göründüyü kimi, Donald Tramp da bu təkliflə razılaşdı. Amma Volodimir Zelenskinin də təklif var. İndi Ukrayna ordusu təmas xəttində dayanır və Donbası Rusiyaya vermək niyyəti yoxdur. Ümumiyyətlə, Zelenski hər hansı bir torpaq güzəştinə getmir. Tramp üçün Ukrayna böhanının həllindən də önəmli olan konkret atəşkəsin təmin edilməsidir ki, bunu sülh kimi beynəlxalq ictimaiyyətə çatdırsın.

Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullazadə hesab edir ki, Zelenskiyə təzyiq hər hansı bir müsbət nəticə verməyəcək.

“Avropa ölkələri, ümumiyyətlə, Ukraynanın Donbas regionunun Rusiyaya verilməsinin əleyhinədir. Donbas əgər Putinə verilərsə, növbəti mərhələdə Putin Pribaltika ölkələrinə də hücum edə bilər. Onların da bir hissəsini qoparda bilər. Yəni proses bundan ibarətdir”-deyən politoloq qeyd edib ki, Donald Tramp Putinin belə bir təklifini növbəti mərhələdə də geri çevirəcək.

Məhəmməd Əsədullazadənin fikrincə, müharibənin bitməsi üçün Zelenskiyə təzyiqlər etmək təsirli olmayacaq, çünki Ukrayna özü işğala məruz qalıb: “Ukraynaya Rusiyaya hücum edir və bu, Qərbə qarşı Rusiya müharibəsidir. Bu səbəbdən də Ukraynaya nə qədər hücum silahları verilərsə və ya “Tomaqavk” raketləri verilərsə, Rusiya daha çox güzəştlərə gedəcək. Necə ki, beş regionu istəyirdi. Amma Ukraynanın hücumları artandan sonra, ABŞ-ın hərbi dəstəyi nəticəsində bir regionla kifayətlənir”-deyə Məhəmməd Əsədullazadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
82
50
bizimyol.info

10Источники