RU

ABŞ Sakit okeanda gəmiləri vurdu - Ölənlər var

Hurriyyet.az xəbər verir ki, ABŞ ordusu Sakit Okeanın şərqində narkotik ticarəti ilə məşğul olan gəmilərə ilk zərbələrini endirib. Bu barədə Pentaqonun rəhbəri Pit Heqset məlumat verib. Hetseq ilk gəminin oktyabrın 21-də batırıldığını, "gəminin məlum narkotik ticarəti marşrutu ilə getdiyini və narkotik yükü daşıdığını" bildirib. 

Gəminin göyərtəsindəki iki nəfər həyatını itirib. ABŞ hərbçilərindən xəsarət alan olmayıb.

Heqset daha sonra oktyabrın 22-də "üç nəfər narkoterrorçunun" öldürülməsi ilə nəticələnən növbəti zərbə barəsində məlumat verib. Daşınan narkotiklərlə bağlı məlumatı ABŞ ordusuna ABŞ kəşfiyyatı veribmiş.

Pentaqonun rəhbəri, Prezident Donald Trampın göstərişi ilə bu cür əməliyyatların davamlı olacağını bildirib.

Hürr Tərcüman

 

Избранный
79
hurriyyet.az

1Источники