Azərbaycanlı MMA döyüşçüsü Asəf Çopurov Birləşmiş Ərəb Əmirliklərində keçirilən “UAE Warriors64” turnirində çempion olub.

Offsideplus.az xəbər verir ki, o, “UAE Warriors64” turnirində rəqibi Demarta Penanı ilə döyüşdən qalib ayrılıb.

Penanı dördüncü raunda çıxmaqdan imtina edib.

Bununla da Çopurov turnirdəki 9-cu qələbəsini rəsmiləşdirib.