RU

Bu su qızdırıcıları ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ - TƏHLÜKƏ

Bəzi evlərdə hələ də "şopen" tipli su qızdırıcılarının birbaşa hamam otağında quraşdırılması müşahidə olunur.

Mütəxəssislərin fikrincə, bu cür quraşdırma xüsusilə qış fəslində qaz sızması və zəhərlənmə riskini artırır.

Bəs hazırkı vəziyyətdə mənzillər və fərdi yaşayış yerlərində təhlükəsizlik necə təmin olunur?

Day.Az xəbər verir ki, Bizim.Media-nın mövzu ilə bağlı sorğusuna cavab olaraq "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, artıq iki ildir yanvarın 1-dən noyabrın 1-dək abonentlərin mənzillərində və fərdi yaşayış evlərində texniki yoxlamalar aparılır:

Bu yoxlamaların əsas məqsədi qaz təsərrüfatında texniki tələblərin pozulub-pozulmadığını müəyyənləşdirməkdir. Təmir zamanı qaz borularının dəyişdirilməsi və vanna otaqlarında istifadəsi qadağan olunmuş su qızdırıcıları xüsusi diqqətlə yoxlanılır.

Əgər texniki qaydalara əməl olunmadığı aşkar edilərsə, bu barədə akt tərtib edilir və abonentə bir aylıq vaxt verilir. Əgər bu müddət ərzində pozuntular aradan qaldırılmasa, Nazirlər Kabinetinin qərarına əsasən həmin mənzilə qaz verilişi dayandırılır.

"Azəriqaz" həmçinin hamam otaqlarında su qızdırıcılarına nəzarətin artırıldığını bildirir və abonentlərdən təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.

Избранный
11
1
day.az

3Источники