Xaçmaz rayonunda xəstəxanaya gedərkən avtomobildə dünyaya gələn körpə ölüb.
APA-nın Şimal bürosu xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A-ova doğuş üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, yolda dəmir yolu keçidinin təmir səbəbindən bağlanması nəticəsində atomobildə uşaq dünyaya gətirib. Ana və körpəsi Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, körpəni xilas etmək mümkün olmayıb.
Ana X.A. həkim nəzarətinə alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.