UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" matçını stadionda 50,471 azarkeş izləyib.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında dünən ən çox izlənilən matç isə “Real Madrid” - “Yuventus” olub. Qarşılaşmanı 76,521 nəfər izləyib. Siyahıda ikinci yerdə 75,000 azarkeş sayı ilə “Bayern” - “Brügge”, üçüncü yerdə isə 59,200 tamaşaçı ilə “Arsenal” - “Atletiko Madrid” qarşılaşmasıdır.
Qeyd edək ki, “Qalatasaray” - “Bodo Qlimt” matçını 45,275 azarkeş stadionda izləyib.