Süni intellekt platforması “Football Meets Data”, UEFA Çempionlar Liqasının qrup mərhələsindəki son vəziyyətə əsaslanaraq yenilənmiş proqnozlarını açıqlayıb. Platformanın analizinə görə, liqa mərhələsinin sonunda ilk 8 və ilk 24-də yer alacaq komandalar müəyyənləşib.
Vaxt.AZ xəbər verir ki, “Football Meets Data”nın son analizinə görə “Qarabağ”ın 2025/26 UEFA Çempionlar Liqasındakı mərhələ ehtimalları belədir:Pley-off mərhələsinə yüksəlmə: 9%
1/8 finala qalma: 4%
1/4 finala qalma: 1,2%
Yarımfinal: 0,3%
Final: 0,08%
Turniri qazanma ehtimalı: təxminən 0,02%
Analizdə qeyd olunur ki, “Qarabağ” “ilk 24” ehtimalı yüksək olan (9%) orta səviyyəli klublar qrupuna daxildir və performansı əsasən ev oyunlarında topladığı xallarla qiymətləndirilir. “Football Meets Data” “Qarabağ”ı bu mərhələdə “Club Brugge”, “PSV” və “Villarreal”la eyni kateqoriyada göstərib.