RU

ABL: Lider "Gəncə"ni sınağa çəkir

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 4-cü tura start götürəcək.

Fanat.Az-ın məlumatına görə, günün yeganə oyununda  "Sabah" "Gəncə"ni qəbul edəcək.

A qrupunun qarşılaşması Bakı İdman Sarayında keçirləcək. Görüş saat 19:00-da başlayacaq.

Hazırda "Sabah" A qrupunda 6 xalla lider mövqeyində qərarlaşıbsa, rəqiblərindən bir oyun az keçirən Gəncə təmsilçisi 3 xalla 4-cü pillədə mövqe tutub.

"Quba" - "Lənkəran", "Ordu" - "Sumqayıt" duelləri sabah, "Neftçi" - "Naxçıvan", "Sərhədçi" - "Abşeron Lions" görüşləri isə oktyabrın 25-də reallaşacaq. ABL-in 4-cü turuna oktyabrın 26-da, "Şəki" - NTD oyunu ilə yekun vurulacaq.

Nihat

Избранный
39
1
fanat.az

2Источники