 
    – Adətən belə səfərlər zamanı hansısa təxribatlar olurdu. Bəs bu səfər zamanı hər hansı neqativ hadisə baş verdimi? – Xeyr, səfər boyu heç bir təxribat və ya xoşagəlməz hadisə olmadı. Həm hava limanında, həm də qaldığımız hoteldə heç bir problemlə qarşılaşmadıq. Bizim qalacağımız hotel barədə Ermənistana bağlı sosial şəbəkə səhifələrində məlumat sızdırılmışdı və bir sıra xoşagəlməz şərhlər yazılmışdı. Ancaq, təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdu. İrəvanın mərkəzində gəzintilər etdik, Respublika meydanına getdik. Səfərin mədəni proqramı da var idi – əlyazmaların saxlandığı Matenadaranı ziyarət etdik və hər hansı mənfi reaksiyaya rast gəlmədik.
 – Adətən belə səfərlər zamanı hansısa təxribatlar olurdu. Bəs bu səfər zamanı hər hansı neqativ hadisə baş verdimi? – Xeyr, səfər boyu heç bir təxribat və ya xoşagəlməz hadisə olmadı. Həm hava limanında, həm də qaldığımız hoteldə heç bir problemlə qarşılaşmadıq. Bizim qalacağımız hotel barədə Ermənistana bağlı sosial şəbəkə səhifələrində məlumat sızdırılmışdı və bir sıra xoşagəlməz şərhlər yazılmışdı. Ancaq, təhlükəsizlik yüksək səviyyədə təmin olunmuşdu. İrəvanın mərkəzində gəzintilər etdik, Respublika meydanına getdik. Səfərin mədəni proqramı da var idi – əlyazmaların saxlandığı Matenadaranı ziyarət etdik və hər hansı mənfi reaksiyaya rast gəlmədik.  – Sosial mediada səfərlə bağlı dezinformasiyalar yayıldı. Qeyd olundu ki, guya uçuş birbaşa olmayıb, Gürcüstan üzərindən həyata keçirilib. Bu barədə nə deyə bilərsiniz? – Bəzi məlumatlarda iddia olunurdu ki, biz Gürcüstan üzərindən Ermənistana getmişik. Bu, həqiqətə uyğun deyil. Səfər birbaşa Bakı–İrəvan və İrəvan–Bakı çarter reysi ilə həyata keçirilib. Səfər ictimaiyyətə açıqlanmadığı üçün üçün təyyarəmiz Zvartnots Beynəlxalq Hava Limanına enəndə, bu orada çalışanların təəccübünə səbəb oldu.
 – Sosial mediada səfərlə bağlı dezinformasiyalar yayıldı. Qeyd olundu ki, guya uçuş birbaşa olmayıb, Gürcüstan üzərindən həyata keçirilib. Bu barədə nə deyə bilərsiniz? – Bəzi məlumatlarda iddia olunurdu ki, biz Gürcüstan üzərindən Ermənistana getmişik. Bu, həqiqətə uyğun deyil. Səfər birbaşa Bakı–İrəvan və İrəvan–Bakı çarter reysi ilə həyata keçirilib. Səfər ictimaiyyətə açıqlanmadığı üçün üçün təyyarəmiz Zvartnots Beynəlxalq Hava Limanına enəndə, bu orada çalışanların təəccübünə səbəb oldu.  – Sizcə, bu görüş sülh prosesinə töhfə verəcəkmi? – Biz ümid edirik ki, bu görüşlər sülhə real töhfə verəcək. Yenə də qeyd edirəm ki, bu, son 30 ildə keçirilən görüşlərdən fərqli idi – tamamilə iki tərəfin təşəbbüsü ilə, üçüncü tərəfin iştirakı olmadan baş tutdu. Hiss olunur ki, ikitərəfli görüşlər zamanı hər iki tərəf bir-birini daha yaxşı başa düşür. – Bu istiqamətdə media və vətəndaş cəmiyyətinin rolunu necə qiymətləndirirsiniz? – Media yalnız ictimaiyyəti məlumatlandırmır, həm də Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşmasında həlledici rol oynayır. Doğru və obyektiv məlumatlar qarşılıqlı hörmətin bərqərar olmasına kömək edir. Eyni zamanda, vətəndaş cəmiyyətləri arasında aparılan dialoqlar prosesi sürətləndirir və tərəflər arasında anlaşmanı möhkəmləndirir. – Görüş bir dəfəlikdir, yoxsa davamlı olacaq? – Bu görüş davamlı prosesin bir hissəsidir. Yaxın zamanda qarşılıqlı səfərlərin keçirilməsi nəzərdə tutulur.
 – Sizcə, bu görüş sülh prosesinə töhfə verəcəkmi? – Biz ümid edirik ki, bu görüşlər sülhə real töhfə verəcək. Yenə də qeyd edirəm ki, bu, son 30 ildə keçirilən görüşlərdən fərqli idi – tamamilə iki tərəfin təşəbbüsü ilə, üçüncü tərəfin iştirakı olmadan baş tutdu. Hiss olunur ki, ikitərəfli görüşlər zamanı hər iki tərəf bir-birini daha yaxşı başa düşür. – Bu istiqamətdə media və vətəndaş cəmiyyətinin rolunu necə qiymətləndirirsiniz? – Media yalnız ictimaiyyəti məlumatlandırmır, həm də Azərbaycan və Ermənistan arasında etimad mühitinin formalaşmasında həlledici rol oynayır. Doğru və obyektiv məlumatlar qarşılıqlı hörmətin bərqərar olmasına kömək edir. Eyni zamanda, vətəndaş cəmiyyətləri arasında aparılan dialoqlar prosesi sürətləndirir və tərəflər arasında anlaşmanı möhkəmləndirir. – Görüş bir dəfəlikdir, yoxsa davamlı olacaq? – Bu görüş davamlı prosesin bir hissəsidir. Yaxın zamanda qarşılıqlı səfərlərin keçirilməsi nəzərdə tutulur.  
  
  
  
  
                        
                    