RU

Bu, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olduğunun göstəricisidir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan qardaş Türk cumhuriyyəti dövlətləri üçün rahat kommunikasiyanı təmin etmək üçün bu addımları atır. Bu Orta dəhlizin işləməsi üçün stimuldur. Eləcə də bu, Ermənistanla sülhün bərqərar olunduğunun göstəricisidir. Çünki Azərbaycan Prezidenti də bir neçə dəfə vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında artıq sülh mühiti mövcuddur. Və kommunikasiyanın, tranzit yüklərinin daşınması üçün yolun açılması bunun bariz nümunəsidir”.

Bunu Hafta.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

N.Miri bildirib ki, bu gün Ermənistan müxalifəti 8 avqust Vaşinqton razılaşmasının əhəmiyətini azaltmaq üçün müxtəlif ittihamlar, yalanlar söyləyir:

“Guya Azərbaycan sülhə hazır deyil, buna görə də yekun sülh müqaviləsini imzalamaq istəmir, bu məsələ uzanacaq və Azərbaycan bundan istifadə edərək Ermənistana ağır şərtlər irəli sürəcək. Bu baxımdan, Azərbaycan Prezidentinin yolların açılması qərarını Ermənistandakı revanşist qüvvələrin bütün arqumentlərinin avtomatik olaraq zərərsizləşdirilməsi kimi də dəyərləndirmək olar”.

N.Miri eyni zamanda qeyd edib ki, Azərbaycanın bu addımı Nikol Paşinyan hakmiyyətinin cəmiyyətdə və parlament seçkiləri öncəsi mövqelərini gücləndirir. Çünki müharibədən məğlub çıxan Nikol Paşinyan növbədənkənar parlament seçkilərində ona görə mandat aldı ki, o, xalqa sülh vəd etmişdi:

“Prezidentin yolların açılması qərarı bilavasitə sülhün bariz nümunəsidir. Bu da o deməkdir ki, yolların açılması parlament seçkilərində Paşinyanın qalib gəlməsi üçün siyasi kapitaldır. Azərbaycan bunda ona görə maraqldır ki, Azərbaycanın bütün şərtlərini yerinə yetirmək üçün Ermənistan siyasi ictimaiyyətində ən uyğun siyasətçi Nikol Paşinyandır. Ona görə ki, Paşinyanın qalib gəlməsi indiki zamanda Azərbaycanın dövlət maraqlarına uyğundur. Azərbaycan Prezdentinin qəbul etdiyi bu qərar doğrudur, zamanında atılmış addımdır. Düşünrəm ki, yolların açılması qərarı beynəlxalq birlik səviyyəsində də müsbət qarşılanacaq addımdır”.

Избранный
10
hafta.az

1Источники