RU

Türkmənistan təbii qaz ixracını genişləndirməyi planlaşdırır

BAKI, 23 oktyabr. TELEQRAF

Türkmənistan təbii qazının qlobal enerji keçidində artan rolu Aşqabadda keçirilən OGT 2025 beynəlxalq konfransının plenar sessiyasında müzakirə edilib.

Teleqraf xəbər verir ki, bu barədə “Arzuw News” məlumat yayıb.

İştirakçılar qeyd ediblər ki, dünya daha təmiz yanacağa keçdiyi üçün qaz etibarlı, aşağı emissiyalı enerji mənbəyi olaraq qalır.

Dünyanın ən böyük qaz ehtiyatlarına malik olan Türkmənistanın həm ənənəvi, həm də yeni perspektivli bazarlarda artan tələbatı ödəmək potensialına xüsusi diqqət yetirilib.

Müzakirə zamanı TAPI (Türkmənisan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri və digər transsərhəd infrastruktur təşəbbüsləri kimi layihələr müzakirə olunub. Hökumət rəsmiləri, beynəlxalq ekspertlər və sənaye mütəxəssisləri Türkmənistan qazının ixracının genişləndirilməsinin ölkənin iqtisadi inkişafına necə töhfə verə biləcəyi və tərəfdaşlarının karbonsuzlaşdırma məqsədlərinə necə dəstək verə biləcəyini müzakirə ediblər.

Избранный
122
teleqraf.com

1Источники