Azərbaycanın U-23 güləşçiləri dünya çempionatında mübarizəni davam etdirirlər.

Offsideplus.az xəbər verir ki, yunan-Roma güləşində 60 kq çəki dərəcəsində mübarizə aparan İlkin Qurbanov türkiyəli Mert İlbarsa ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. 

Təmsilçimiz axşam seansında üçüncü yer üçün özbəkistanlı Mehrac Bəhramovla güləşəcək.

Qadın güləşində 55 kq çəki dərəcəsində mübarizə aparan Gültəkin Şirinova təsnifat mərhələsində amerikalı Kristelle Rodrigesə "tuş"la məğlub olub.

57 kq-da Nərgiz Səmədova serbiyalı Yana Petroviçə 4:2 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Emine Çakmaka 0:10 hesabıyla məğlub olub.

65 kq çəki dərəcəsində Ruzanna Məmmədova təsnifat mərhələsində macarıstanlı Eniko Elekesə 2:5 hesabıyla məğlub olub.

Qeyd edək ki, yarımfinallar Bakı vaxtı ilə 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.