Bakı. Trend:
30 oktyabr 2025-ci il saat 11:00-dan etibarən direktor vəzifəsivakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbuluprosesinin elektron sənəd qəbulu mərhələsinə start veriləcək.
Namizədlər 11 noyabr 2025-ci il saat 17:00-dəkhttps://miq.edu.az/direktor linkinə daxil olaraq elektronqeydiyyatdan keçə bilərlər.
Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydadaproqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir.Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq.
Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumatlar vəsənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra namizədlər müsabiqəninmüsahibə mərhələsinə buraxılacaqlar. Sistem üzərindən təqdim edilənvakant yerlər 15.10.2025-ci il tarixinə olan məlumatlara istinadedir.
Namizədlər müsahibə mərhələsinə təhsil müəssisələrində təhsil alanşagirdlərin sayından (501-dən çox və ya 500-dək) və müəssisələrinnövündən (lisey, gimnaziya, internat tipli lisey/gimnaziya və s.)asılı olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar.
Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmışmüvafiq komissiyalar tərəfindən keçiriləcək.
Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji vətədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə,problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə dəsosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.
Hər bir namizəd nəticələrlə “Şəxsi səhifə” vasitəsilə tanış olabiləcək.
Müsabiqədən uğurla keçmiş namizədlərlə əmək münasibətləriqanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.