RU

“Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpozium başa çatıb (FOTO)

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, tabeliyindəfəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və MənəviDəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə Bakışəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobalçağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalqsimpoziumun bağlanış mərasimi keçirilib.

Trend xəbərverir ki, bağlanış nitqi ilə çıxış edən Aİİ-nin rektoru AqilŞirinov ikigünlük simpoziumun önəmli mövzuya həsr olunduğunusöyləyərək, tədbirdə iştirak edən elm adamlarına təşəkkür edib.Qeyd edib ki, tədbirdə din təhsili sahəsində məruzələr dinlənilib,müasir dünyada din modelləri haqqında aparılan müzakirələr dintəhsili sahəsində daha uyğun modellərin təqdim edilməsinə öztöhfəsini verəcəkdir.

Rektor vurğulayıb ki, müzakirələrdən də məlum oldu ki, dinibiliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasirdövrün reallıqları da nəzərə alınaraq cəmiyyətə çatdırılmalıdır.Bildirib ki, din təhsilinin düzgün aparılması dinin özünütəhriflərdən qoruyacaq, milli-mənəvi vəhdətin təmin edilməsinətöhfə verəcək, cəmiyyəti radikal dini tendensiyalardansığortalayacaq.

Daha sonra çıxış edən MDTF-nin icraçı direktoru Vüsal Göyüşovbeynəlxalq simpoziumun müxtəlif ölkələrdən gələn alimlərin,ekspertlərin və mütəxəssislərin dərin təcrübələrinin paylaşılmasıüçün unikal platforma olduduğunu vurğulayıb. Qeyd edib ki,alimlərin çıxışlarından da aydın oldu ki, hər bir ölkəninözünəməxsus din təhsili modeli mövcuddur. Bununla yanaşı, ortaqdəyərlərimiz də kifayət qədər çoxdur.

V. Göyüşov deyib ki, ölkəmiz qədim dini-mədəni irsi,multikultural və tolerant mühiti ilə bu mövzularda regional vəqlobal əməkdaşlıq sahəsində aparıcı rol oynayır. Belə tədbirləryalnız nəzəri müzakirələrlə məhdudlaşmır, həm də praktikaraşdırmaların, yeni layihələrin, elmi tədqiqatların əsasınıqoyur.

Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru ZəkəriyyəAkman beynəlxalq simpoziumda iştirak edən 14 xarici ölkəiştirakçısı adından təşkilatçılara - Dini Qurumlarla İş üzrə DövlətKomitəsinə və tabeliyindəki qurumlara təşəkkürünü bildirib. Qeydedib ki, beynəlxalq simpozium din təhsili sahəsində yalnız elmimüzakirələr deyil, həm də təcrübələrin paylaşılması baxımındanunikal bir platforma oldu.

Sonda məruzəçilərə sertifikatlar və hədiyyələr təqdimolunub.

Qeyd edək ki, “Müasir din təhsili modelləri: mənəvi dəyərlər vəqlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalqsimpoziumda Azərbaycan da daxil olmaqla 15 ölkədən 70-dəkmütəxəssis alim iştirak edib. Beynəlxalq simpoziuma təqdim edilənməqalələr kitab şəklində çap olunacaq.

“Müasir
“Müasir
“Müasir
“Müasir
“Müasir
Избранный
48
az.trend.az

1Источники