Aktual.az xəbər verir ki, bu sözləri Bizim.media-ya açıqlamasında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov deyib.
O bildirib ki, yanvardan Sumqayıt şəhərində gediş haqqı 60 qəpik olacaq:
"Hazırda Sumqayıtda gediş haqqı 50 qəpikdir. Yeni avtobuslar gəldikdə və kart sistemi qurulduqda sərnişinlərin kartından gediş haqqı üçün avtomatik olaraq 60 qəpik çıxacaq".
Xatırladaq ki, oktyabrın 1-dən ictimai nəqliyyatda gediş haqqı 50 qəpikdən 60 qəpiyə artırılıb. Bu artım müasir tələblərə cavab verən yalnız elektrik və CNG yanacaq növlü avtobuslara aiddir.