RU

Gələn il dövlət büdcəsində mənzil və kommunal təsərrüfatına 334,5 milyon manat ayrılacaq

BAKI, 23 oktaybr. TELEQRAF

2026-cı il dövlət büdcəsində mənzil və kommunal xərclər üçün 334,5 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

Teleqraf2026-cı ilin büdcə zərfinin layihəsinə istiandən xəbər verir ki,ayrılan vəsaitin 140,3 milyon manatı (41,9%) kommunal təsərrüfatına, 60,9 milyon manatı (18,2%) mənzil təsərrüfatına, 15,6 milyon manatı (4,7%) su təsərrüfatına, 6,5 milyon manatı (1,9%) lift təsərrüfatına, 111,3 milyon manatı (33,3%) isə mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.

İstilik təchizatı sahəsində göstərilən xidmətlərin satış tariflərinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə “Azəristiliktəchizat” ASC-yə 33,8 milyon manat subsidiya ayrılması planlaşdırılır.

Bundan əlavə, mənzil və kommunal təsərrüfatı xərclərindən 60,9 milyon manat dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtükləri, fasadlar və pilləkən qəfəslərinin əsaslı təmirinə, 43,4 milyon manat işıqlandırılmaya, 52,9 milyon manat yaşıllıqların salınması və saxlanılmasına, 48,5 milyon manat mənzil-kommunal müəssisələrinin fəaliyyətinə, 6,5 milyon manat isə lift təsərrüfatının saxlanılmasına yönəldiləcək.

Избранный
71
teleqraf.com

1Источники