Bakı. Trend:
Azərbaycanda 2025-2029-cu illərdə əmtəəlik qazının hasilatı üzrəproqnozlar məlum olub.
Trend xəbər verirki, Azərbaycanın 2026-cı ilə olan dövlət büdcəsi layihəsinə əsasən,2025-ci ilə olan proqnozda hasilatın 38,6 milyard kubmetrsəviyyəsində saxlanılması nəzərdə tutulub.
2026-cı ildə bu göstəricinin 38 milyard kubmetr olacağıgözlənilir (2025-ci illə müqayisədə 1,6 faiz azalma).
2027-ci ildə hasilatın 36,7 milyard kubmetr (2026-cı illəmüqayisədə 3,4 faiz az), 2028-ci ildə isə 34,5 milyard kubmetr(2027-ci illə müqayisədə 6 faiz az) səviyyəsində olacağıproqnozlaşdırılır.
2029-cu ildə isə hasilatın bərpa olunaraq 37 milyard kubmetrəçatacağı, bunun da da 2028-ci illə müqayisədə 7,2 faiz çox olacağıbildirilir.