RU

İngiltərədə kişi həşərat sancması səbəbindən dünyasınıDƏYİŞİB

İngiltərənin Nortamberlend bölgəsində yaşayan kənd təsərrüfatı işçisi Endryu Keyn həşərat, dəqiq desək, sancan at sineyi tərəfindən sancıldıqdan sonra həyatını itirib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Endryunun anası Reyçel bildirib ki, oğlu fermada işləyərkən dirsəyinə at sineyi sancıb. İlkin olaraq həkimlər ona antibiotik yazıb və vəziyyətin nəzarət altında olduğu düşünülüb.

Lakin təxminən iki həftə sonra Endryu dostları ilə görüş zamanı huşunu itirib və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ona septik şok diaqnozu qoyublar. Gənc kişi bir neçə həftə komada qalıb, lakin tibbi personal onu xilas edə bilməyib.

Reyçel bildirib: “Heç kəs ağlından belə keçirməzdi ki, bir sinek sancması bu qədər faciəli nəticəyə gətirib çıxaracaq.”

Endryu kənd təsərrüfatı ailəsində böyüyüb, ölkə daxilində ailə işi ilə məşğul olub və sonradan icarəçi fermer kimi fəaliyyətini davam etdirib. O, həmçinin rəssam və dekorator kimi təhsil alıb. Reyçel əlavə edib ki, ağır vəziyyətinə baxmayaraq, oğlu tibb işçilərinə diqqət göstərib və tibb bacıları üçün hədiyyələr almağı xahiş edib.

Nuriyyə NATİQQIZI

Избранный
102
redaktor.az

1Источники