RU

ARDNF tərəfindən icrası davam edən layihələrə 34,3 milyon manat vəsait yönəldilib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən icrası davam edən layihələrə 34,3 milyon manat vəsait yönəldilib.

Fondun məlumatına görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 8,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 26,1 milyon manat ayrılıb.

Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 22,9 milyon manat təşkil edib.

Избранный
44
2
vergiler.az

3Источники