RU

Luk Koffi: ABŞ siyasətçiləri üçün Türk dünyasını başa düşmək vaxtıdır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 23 oktyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi səviyyəsində Türk Dövlətləri Təşkilatı (TDT) ilə görüş və ya sammitin keçirilməsini istərdim.

AZƏRTAC-ın məlumatına görə, bunu “Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi Vaşinqtonda “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Türk dünyası Avrasiyanın quru hissəsində yaranmaqda olan bir qütbdür və ABŞ siyasətçiləri üçün bunu başa düşmək, tanımaq və bununla məşğul olmaq vaxtıdır. “İstanbula gedəndə bir neçə saat vaxt ayırıb, TDT-nin baş qərargahını ziyarət edin. Bu təşkilat haqqında daha çox məlumat əldə edin, çünki onun getdikcə daha vacib olduğunu düşünürəm”,- deyə o diqqətə çatdırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
134
7
azertag.az

8Источники