RU

İlin sonunadək Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri Bakıya səfər edə bilərlər

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana cavab səfəri bu ilin sonuna qədər baş tuta bilər.

Bu barədə 2025-ci il oktyabrın 21-22-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri heyətinin tərkibində İrəvana səfər etmiş “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova bildirib.

“Səfərin qarşılıqlı olacağını gözləyirik. Görüşlərin formatını (vətəndaş cəmiyyəti nümayəndələri – red.) uzunmüddətli perspektivdə davam etdirmək planlaşdırılır. Müsbət siqnallar olarsa, proses daha da inkişaf edəcək. Ermənistanın nümayəndə heyətinin Bakıya konkret səfərinə gəlincə, o, yaxın zamana planlaşdırılır. Təfərrüatlar hələ müzakirə olunur. Lakin bu səfərin ilin sonuna qədər mümkün olacağı gözlənilir”, – o qeyd edib.

MənbəREPORT
Избранный
49
5
banker.az

5Источники