RU

Hava limanı yolunda qəza: Yük maşınına çırpılan “Chevrolet” aşdı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Hava limanı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza oktyabrın 22-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-RB-093 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobil “KamAZ” markalı yük maşınıyla toqquşub. Zərbənin təsirindən avtomobil aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. 

Sükan arxasında sıxılı vəziyyətdə qalan sürücü yaxınlıqdakı vətəndaşların köməyi ilə avtomobildən çıxarılıb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
101
avtosfer.az

1Источники