RU

Ukraynalılar Rusiyadan kömək istəyir?

TikTok-da rus təbliğatçıları etiraz əlaməti olaraq küçələrə çıxdıqları və təcavüzkar dövlət olan Rusiyadan “kömək” üçün müraciət etdikləri iddia edilən ukraynalıların saxta videolarını yayırlar.

Editor.az xəbər verir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mərkəzi (CDC) bu barədə oktyabrın 22-də Telegram-da məlumat yayıb: “Bu saxtakarlar Ukraynada illər ərzində, bəziləri hətta 10 ildən çox əvvəl baş vermiş etiraz aksiyalarının real görüntülərindən istifadə edirlər. Köhnə videoların üzərinə “Rusiya yardımı” üçün yalvarışların əks olunduğu yeni audio əlavə olunub”, – hesabatda deyilir.
CDC-nin fikrincə, bu kampaniyanın məqsədi Ukraynada rusiyayönlü əhval-ruhiyyənin hökm sürdüyü və cəmiyyətin “müharibədən yorulduğu” illüziyası yaratmaqdır. “Rusiya ölkəmizə qarşı silahlı təcavüzə belə haqq qazandırmağa çalışır”.

“Bu cür informasiya əməliyyatları Moskvanın Ukrayna daxilində vəziyyəti desabitləşdirmək üçün növbəti cəhdidir”, – mətbuat xidməti əlavə edib.

Mərkəz sosial şəbəkələrdəki şübhəli videolara tənqidi yanaşmağa, mənbələrin yoxlanılmasına və saxta xəbərlər yaymaqdan çəkinməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
65
editor.az

1Источники