RU

KİV: Tramp şatdaunun davamlılığı üzrə rekord qırıb

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp federal hökumətin işinin qismən dayandırılmasının (şatdaun) ümumi müddəti baxımından rekord qırıb.

Oxu.Az-ın "Axios" portalına istinadən verdiyi xəbərə görə, onun iki səlahiyyət müddəti ərzində bu göstərici artıq 57 günə çatıb.

Belə ki, onun birinci səlahiyyət müddətində şatdaun 36 gün davam edib və hazırkı dayanma artıq 21 gün həddini keçib.

Xatırladaq ki, əvvəlki rekord ABŞ-nin 39-cu Prezidenti Cimmi Karterin dövründə olub.

Onun dövlət başçısı olduğu 1977-1981-ci illər ərzində hökumətin işində beş dəfə fasilə olub, ümumilikdə 56 gün davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
76
3
oxu.az

4Источники