RU

Fransada Bencamin fırtınası 140 min evi işıqsız qoyub: Qatarların hərəkətini iflic edib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Fransada "Bencamin" fırtınası ölkənin səkkiz regionunda qatarların hərəkətini iflic edib. Üstəlik, təxminən 140 min ev işıqsız qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə oktyabrın 23-də BFMTV telekanalı məlumat yayıb.

Təbiət hadisəsi sürəti saatda 100-130 kilometrə, bəzi yerlərdə isə 160 kilometrə çatan şiddətli küləklə müşayiət olunub. Ölkənin 19 departamentində "narıncı" səviyyəli hava təhlükəsi elan edilib. Elektrik təchizatındakı problemlərlə yanaşı, dəmir yolu əlaqələrində də fasilələr yaranıb.

Dəmir yolu nəqliyyatında problemlər Fransanın qərb, şimal və mərkəzi bölgələrini əhatə edib. Ən ciddi nasazlıqlar Normandiyada, eləcə də Bretan, Yeni Akvitaniya və Provans-Alp-Azur sahili regionlarında qeydə alınıb. O-de-Frans, Burqundiya-Franş-Konte, Overn-Rona-Alp və Mərkəz-Luara vadisi bölgələrində qatarların hərəkəti dayanıb, bəzi yerlərdə dəmir yolu daşımaları ləğv edilib.

Fransanın SNCF dəmir yolu şirkəti sərnişinləri qatarların statusunu mobil tətbiq vasitəsilə izləməyə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
129
1
oxu.az

2Источники