Qəzza zolağının səhiyyə sisteminin bərpasının xərcləri azı 7 milyard dollar (ABŞ) olacaq.
Publika.az bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə açıqlayıb.
"Qəzzanın səhiyyə sisteminin bərpasının ümumi xərci azı 7 milyard dollar olacaq", - o deyib.
ÜST rəhbərinin sözlərinə görə, təşkilat əvvəllər 41 xəstənin və 145 müşayiətçinin bir neçə ölkəyə təxliyəsinə kömək edib.