RU

Aİ Rusiyaya gül və bitki ixracını qadağan edib

Yeni sanksiyalar çərçivəsində gül, azaliya və rododendronların göndərilməsinə məhdudiyyət qoyulub...

Poliqon xəbər verir ki, Avropa İttifaqı Rusiyaya qarşı elan etdiyi 19-cu sanksiya paketi çərçivəsində gül, azaliya və digər bəzək bitkilərinin ixracını qadağan edib. Bu barədə məlumat Aİ-nin rəsmi jurnalında dərc olunub.

Sənəddə qeyd olunur ki, qadağa peyvənd edilmiş və edilməmiş rododendronlar, azaliyalar, eləcə də bütün növ güllər, onların budaqları və şitilləri daxil olmaqla “canlı bitkilər”in Rusiyaya göndərilməsinə şamil edilir. Bununla yanaşı, Aİ Rusiyaya yarpaq, ağac budaqları, bitkilərin hissələri, qönçəsiz çiçəklər, mamır, liken və müxtəlif otların ixracını da məhdudlaşdırıb.

Avropa rəsmiləri bu malların “buketa yararlı məhsullar” kateqoriyasına daxil olduğunu bildiriblər. Bu qərar Aİ-nin Moskvanın iqtisadi və simvolik sahələrdəki fəaliyyətini daha da məhdudlaşdırmaq məqsədinə xidmət edir.

Qeyd edək ki, 23 oktyabrda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmi şəkildə təsdiqləyib. Yeni məhdudiyyətlərə həmçinin Rusiyanın enerji ticarəti ilə əməkdaşlıq edən üçüncü ölkələrin — əsasən Çin və Hindistanın — bəzi neft emalı şirkətləri də daxil edilib.

Poliqon.info

Избранный
92
poliqon.info

1Источники