RU

Tramp administrasiyası Alyaskada neft və qaz yataqlarının işlənməsinə icazə verib

Yeni qərar Bayden dövründəki məhdudiyyətləri ləğv edir və 6,3 min kv. km ərazini yenidən hasilata açır...

Poliqon xəbər verir ki, ABŞ-ın Daxili İşlər Nazirliyi prezident Donald Tramp administrasiyasının Alyaska sahillərində yeni neft və qaz yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı qadağanı ləğv etdiyini açıqlayıb. Qurumun bəyanatında qeyd olunur ki, bu ərazilər ölkənin ən böyük işlənməmiş enerji ehtiyatlarını özündə birləşdirir və qərar ABŞ-ın enerji təhlükəsizliyini gücləndirməyə xidmət edir.

Yeni qərarla 2024-cü ildə keçmiş prezident Co Baydenin administrasiyası tərəfindən tətbiq edilən məhdudiyyətlər qüvvədən düşür. Beləliklə, Alyaskanı əhatə edən sahil düzənliklərinin 6,3 min kvadrat kilometrdən çox sahəsi yenidən hasilat üçün açıq elan edilib.

Donald Tramp hələ seçki kampaniyası dövründə Alyaskada neft və qaz hasilatını bərpa edəcəyini və bu yataqlarda toplanmış ehtiyatların “Asiyanın enerji tələbatını belə qarşılaya biləcəyini” bəyan etmişdi.

Xatırladaq ki, 2024-cü ildə Bayden administrasiyası Arktika Milli Qoruğu daxil olmaqla bir sıra strateji ərazilərdə kəşfiyyat və hasilat icarəsini məhdudlaşdırmışdı. Yeni qərar bu məhdudiyyətlərin aradan qaldırılması ilə ABŞ-ın enerji sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
107
poliqon.info

1Источники