RU

Azərbaycan millisinin oyununa gedən ukraynalı əfsanə həbs olunub

Kiyev “Dinamo”sunun keçmiş futbolçusu, 63 yaşlı İvan Yaremçuk Polşada həbs olunub. 

Fanat.Az xəbər verir ki, ailəsi 10 gündən çoxdur onunla əlaqə saxlaya bilmir.

Məlumatı "Champion"-a İvanın Belçikada onunla birlikdə yaşayan qardaşı Mixaylo Yaremçuk çatdırıb:

"Vanya oktyabrın 10-da, Ukrayna və Azərbaycan yığmaları arasında keçiriləcək oyun ərəfəsində Belçikadan Polşaya uçdu. O, milli komandaların oyunundan əvvəl veteranlar arasında təşkil olunan ənənəvi oyunda iştirak etməli idi. Amma Krakov hava limanında İvan gözlənilmədən polis tərəfindən həbs edilib. Həmin vaxt mənə zəng etdi, tələsik dedi ki, onu polis saxladı. Amma mən o vaxt dil kursunda idim, danışa bilmirdim. Çölə çıxıb yenidən zəng edəndə qardaşımla əlaqə yox idi. Veteran matçlarını təşkil edən uşaqlarla əlaqə saxladım, onlar vəziyyəti araşdırmağa başladılar. Onlara İvanın hava limanında polis tərəfindən həbs edildiyini təsdiqləyiblər. Onun işi prokurorluğa, 3-cü şöbəyə verilib. İşə Krakov məhkəməsində baxılacaq”.

Yaremçuk 1985-1990-cı illərdə "Dinamo"da çıxış edib. 

Избранный
82
fanat.az

1Источники