RU

Masazır-Bakı marşrutu üzrə avtobuslar üçün xüsusi zolaq istifadəyə verilib - AYNA

Bakı. Trend:

Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindənBakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklərahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindənsözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkiledilib.

Trend xəbər verir ki, bu barədə AYNA məlumatyayıb.

Bildirilib ki, yeni zolaq artıq effektivliyini sübut etmişBakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağınabirləşdirilib:

"Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarlasərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təminolunub.

Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə130 avtobus ümumillikdə 650 dəfə hərəkət edir və gün ərzində buavtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqdaqalmayaraq rahat daşınması həyata keçirilir".

"Məlumat üçün bildirək ki, gündəlik Xırdalan şəhəri və Masazırqəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.

Eyni zamanada, görülən işlər çərçivəsində Tbilisi prospektindəmövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib vəəlaqəlilik təmin edilib. Belə ki, prospektin “20 Yanvar”dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsindəxüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidəsıxlıqda qalmasının qarşısı alınıb.

Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi psospektininƏbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsigenişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub.Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraqqalıb.

Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumillikdə 490 dəfə keçirvə bu avtobuslarla 35 000-dək sərnişin daşınır", - qurumdan əlavəolunub.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavəvaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqlarınəhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayətetməyə çağırış edirik.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusihərəkət zolaqları şəbəkəsinin təşkili və əlaqələndirilməsi iləbağlı tədbirlər davam etdirilir.

Məqalədə:
Избранный
51
44
az.trend.az

10Источники