RU

Bakı Musiqi Akademiyasında “Kənd namusu”

Bakı Musiqi Akademiyasının Opera Studiyasında italyan bəstəkarı Pyetro Maskanyinin “Kənd namusu” ("Cavalleria rusticana" ) məşhur birpərdəli operası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşa ilk dəfə 2015-ci ildə alman rejissoru Lüdviq Bauman tərəfindən Bakıda tamaşaya qoyulub və o vaxtdan opera sənətini sevərlər arasında böyük rəğbət qazanıb.

Opera tarixinin ən böyük sensasiyalarından və səhnədə tələb olunan əsərlərdən olan “Kənd namusu” birpərdəli operası 1890-cı ildə Covanni Verqanın eyniadlı novellası əsasında Covanni Tarconi-Tozzetti və Gvido Menaşinin librettosuna yazılıb. Operanın premyerası həmin il “Teatro dell'Opera di Roma”da baş tutdu və italyan operasında “verizm” (italyan dilində “həqiqət” mənasını verən “vero” sözündən) adlı cərəyanın əsasını qoyub.

Bu istiqamət əsrin sonlarında yox olsa da, onun ideyaları Cakomo Puççini, Françesko Çilea və başqa bəstəkarların operalarında, daha sonra isə İtaliya kinosunda öz əksini tapdı.

Quruluş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşanın bədii rəhbəri və dirijoruXalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoruƏməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Избранный
13
2
kulis.az

5Источники