RU

Orban ləğv edilən görüşdən danışdı: Putinlə Tramp...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Budapeştdə keçiriləcək Rusiya-ABŞ ikitərəfli sammiti gündəmdə qalır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Görüş bir həftədən sonra baş tutmayacaq, tarix sual altındadır. Lakin bunun olacağına şübhə yoxdur. Avropa ölkələri başa düşürlər ki, Ukrayna münaqişəsinin həlli üzrə sammit baş tutacaq və ruslar amerikalılarla razılığa gələcəklər. Putinlə Tramp mütləq görüşəcək”, – deyə o bildirib.

Qeyd edək ki, oktyabrın 22-də ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə əvvəlcədən elan edilmiş görüşün ləğv edildiyini açıqlayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
globalinfo.az

1Источники