Bakı. Trend:
Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət vəekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondununtəşkilatçılığı və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı iləkeçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy”(“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) incəsənətfestivalı zamanı şəhərin müxtəlif qalereyalarında 10-dan çox sərgiaçılacaq və bu sərgilər festivalın əsas hissəsini təşkiledəcək.
Trend xəbər verir ki, XX vəXXI əsrin ən məşhur sənətkarlarından biri, ikonik üslubu ilə insanbədənini, görmə tərzini dəyişdirən kolumbiyalı modern rəssam,heykəltaraş Fernando Boteronun, BMT və IDEA-nın birgə təqdimatı iləAzərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət vədavamlılıq mövzusunda əsərlərini əhatə edən “Mənim dənizlərim,Mənim okeanlarım” adlı sərgilərinin oktyabrın 31-də rəsmi açılışıolacaq və noyabrın 1-2-də Heydər Əliyev Mərkəzində sənətsevərlərinixtiyarına veriləcək.
Digər sərgilərdən 6-sı İçərişəhərdə baş tutacaq. Oktyabrın31-dən noyabrın 2-dək Yeraltı Hamamda təşkil olunacaq “Axar yaddaş”sərgisi Azərbaycanda hamam mədəniyyətinin çoxqatlı semantikasını -su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. SəbinəŞıxlinskaya, Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və TimurZaripovun iştirakı ilə təqdim ediləcək çağdaş sənət əsərlərivasitəsilə hamam keçmişlə bu gün arasında axan bir yaddaş məkanı,nəsilləri və təcrübələri birləşdirən kollektiv identiklik sahəsikimi yenidən yozulur.
Şirvanşahlar Sarayı Kompleksində “Şeh. Heç vaxt olmayan səhər”adlı sərgidə (31 oktyabr-2 noyabr) rəssam Vüsalə AğarəziyevaŞirvanşahlar Sarayını gecə ilə sübh arasındakı o incə, düşüncəliməqama çevrilən kontemplativ bir məkana bənzədir.
“Əcdadlar” sərgisi Azərbaycanın aparıcı müasir sənətkarlarındanolan Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulovu,bəşəriyyətin ən dərin anlayışlarından birini — bizdən əvvəlyaşayanlarla aramızdakı qırılmaz bağı araşdırmaq üçün bir arayagətirir. Sərgi oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdəki“QGallery Baku”da baş tutacaq.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəki (noyabrın 1-2-də)“Fıstıq ağacı: Yaddaşın kökləri” ədəbiyyat, sənətkarlıq vəekologiyanı birləşdirən çoxşaxəli bir layihədir. Maqsudİbrahimbəyovun qısa hekayəsindən ilhamlanan monodrama - “Fıstıqağacı” Azərbaycan nağılçılığı prizmasından yaddaş, aidiyyət vədavamlılıq kimi dərin insan mövzularını araşdırır.

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (2-3 noyabr) “Bakıyauçuş: Axın halı” layihəsi çərçivəsində 8 rəssam tərəfindən şəhərmərkəzində yerləşən fəvvarələrdən ilhamlanaraq ictimai sənətəsərləri yaradılmışdır. Hər bir əsər həmin məkanın şəxsi və yaictimai hekayəsini danışır. Mövzular Bakıda ictimai məkanlardafəvvarələrin rolu, şəhərin və icmaların kimliyinin formalaşmasındaonların təsiri, həmçinin bu məkanların Bakı üçün yeni baxışlar,təsəvvürlər və ehtimal olunan gələcəyi formalaşdırmaq potensialınıaraşdırır.
Ramina Səadətxanın “Od, su və öpüşlər” adlı yeni silsiləəsərləri “Nine Senses Art Center”də oktyabrın 31-dən noyabrın 2-dəktəqdim olunacaq.
Zəhra Məmmədova tərəfindən kurasiya edilən “Bir zamanlar Xəzər”həm bədii səyahət, həm də suyu və özümüzü yenidən görməyə çağıranbir layihədir. Sərgi YARAT Müasir İncəsənət Mərkəzində noyabrın2-3-də nümayiş ediləcək.
Abşeron məktəbinin önəmli nümayəndəsi və Azərbaycan realistincəsənətinin ən vacib rəssamlarından olan Tofiq Cavadovun(1925–1985) yüzilliyinə həsr olunmuş “Tofiq Cavadovun 100 illiyi”sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində (31 oktyabr-2 noyabr),“Baku Steel Art” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarınınəsərləri isə eyni tarixlərdə Dənizkənarı Milli Parkındasərgilənəcək. Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetikinstalyasiyası isə iki gün ərzində Daş Salnamə Muzeyində nümayişolunacaq.
Sərgilərlə yanaşı, festival proqramına ustad dərsləri, ictimaiincəsənət və şəhər turları da daxildir.
Azərbaycan Rəssamlıq Akademiyasında isə noyabrın 1-2-də CüzeppeKartanın (Giuseppe Carta) ustad dərsləri keçiriləcək. Eyni zamanda,Azərbaycan Rəssamlıq Akademiyası noyabrın 1-2-də açıq qapı günüelan edir.
Əsmər Babayevanın başçılığı ilə “ABOVE” layihəsi daxilindəziyarətçiləri qalereya divarlarının hüdudlarından çıxararaqAzərbaycanın aparıcı müasir heykəltaraş və rəssamlarınınstudiyalarına aparır. Bu eksklüziv təcrübə ideyaların doğulduğu vəsənətə çevrildiyi məkanlara nadir baxış imkanı təqdim edir.Qonaqlar sənət prosesinə birbaşa şahidlik edəcək, sənətçilərləşəxsi söhbətlər aparacaq və ənənə ilə innovasiyanın ölkənin inkişafedən sənət səhnəsini necə formalaşdırdığını kəşf edəcəklər.
3 günlük festivalın zəngin proqramından faydalanmaq, tədbirlərdəiştirak etmək və incəsənət bayramının bir hissəsinə çevrilmək üçünwww.bakuartweekend.az saytından qeydiyyatdan keçməkmütləqdir.