RU

Turş konfetlər təşvişi azaltmaqda kömək edəbilər

Turş dadlı konfetlər təşviş hissini tez bir zamanda azaltmağa kömək edə bilər.

Redaktor.az xəbər verir ki, bu üsulu Glasqo Universitetinin psixiatr professoru Kris Uilyams "HuffPost"a danışıb.

Professorun sözlərinə görə, turş konfetlər yalnız təşviş zamanı deyil, həm də əhval-ruhiyyəni müvəqqəti yaxşılaşdırmaq və stresi azaltmaq üçün faydalıdır. Turş dad beyini ağır düşüncələrdən yayındırır və diqqəti digər stimulalara yönəldir.

Uilyams həmçinin bildirib ki, təşviş placebo effekti ilə də yaxşı idarə oluna bilər. Yəni insan turş konfetlərin təşvişi azaltmağa kömək edəcəyinə inanırsa, bu, müvəqqəti olaraq həqiqətən işləyə bilər.

Nuriyyə NATİQQIZI

Избранный
109
1
redaktor.az

2Источники