RU

NATO-nun 17 ölkəsi ABŞ-dan Ukrayna üçün silah alacaq

Bakı, 24 oktyabr, AZƏRTAC

NATO-nun 17 ölkəsi “Prioritized Ukraine Requirements List” (PURL) təşəbbüsünə qoşularaq ABŞ ehtiyatlarından Ukrayna üçün silah alacaq.

AZƏRTAC xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski bu barədə özünün sosial media hesabında yazıb. O, həmçinin NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı general Aleksus Grinkevitchlə telefonla danışdığını və ona cəbhə xəttində vəziyyətlə bağlı məlumat verdiyini bildirib.

PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte tərəfindən reallaşdırılıb.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başladıqdan sonra Qərb müttəfiqləri Kiyevə silah tədarüklərini bir neçə dəfə artırıb və yeni yardım paketləri təqdim ediblər.

Избранный
59
2
azertag.az

3Источники