RU

Azərbaycan və Qırğızıstan iqtisadi və innovativ əməkdaşlığın genişləndirilməsini müzakirə edib

BAKI, 24 oktyabr. TELEQRAF

Azərbaycan Qırğızıstanla strateji tərəfdaşlığın möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsində paylaşım edib.

"Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə görüşmək xoş oldu. Ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, enerji, logistika, infrastruktur və digər sahələrdə işbirliyinin fəal dəstəklənməsini müzakirə etdik", - paylaşımda bildirilib.

Избранный
16
3
teleqraf.com

6Источники