RU

“Real ” Endrikin gələcəyi ilə bağlı qərar verdi

“Real Madrid” Endrikin gələcəyi ilə bağlı qərar verib.

Teleqraf “El Chiringuito” nəşrinə istinadən xəbər verir ki, İspaniya təmsilçisinin baş icraçı direktoru Xose Anxel Sançes 19 yaşlı hücumçunun agentləri ilə görüşüb.

Bildirilir ki, futbolçunun yanvarda icarəyə verilməsi barədə qərar artıq qəbul olunub.

“Real” rəhbərliyi onun La Liqanın başqa klubuna icarəyə göndərilməsinin tərəfdarı olsa da, Endrik tərəfi bununla razılaşmır. Onların əsas şərtlərindən biri futbolçunun öz ölkəsinin çempionatında yüksək yerlər uğrunda mübarizə aparan və Avrokuboklarda çıxış edən böyük klublardan birinə keçməsidir.

Qeyd edək ki, Endrik 2024-cü ilin yayında “Palmeiras”dan “Real Madrid”ə transfer olunub.

Избранный
73
teleqraf.com

1Источники