BAKI, 24 oktyabr. TELEQRAF
Türkiyə “Eurofighter” döyüş təyyarələrinin alınması ilə bağlı Qətər və Omanla danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
“Hazırda iki ölkə ilə danışıqlar aparırıq, biri Qətər, digəri Omandır. İlk danışıqları mən apardım, müdafiə naziri və xarici işlər naziri əlaqələri davam etdirir. Prosesi sürətlə nəticələndirərək Hərbi Hava Qüvvələrimizi daha da gücləndirmək istəyirik. Bu təyyarələrin alınması ilə hava gücümüz daha da güclü olacaq”, - o bildirib.