RU

Nigeriya ordusu hərbi bazaya hücum edən azı 50 terrorçunu öldürüb

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 24 oktyabr, AZƏRTAC

Nigeriya ordusu ölkənin qeyri-sabit şimal-şərq bölgəsində “Boko Haram” terror təşkilatının azı 50 silahlısını öldürüb.

AZƏRTAC “The Defense Post” nəşrinə istinadla xəbər verir ki, ordunun sözçüsü Sani Ubanın açıqlamasına görə, hadisələr cümə axşamı səhər saatlarında, terrorçuların Borno əyalətindəki Dikva, Mafa və Qajibodakı hərbi bazalarına, habelə qonşu Yobe əyalətindəki Katarko şəhərlərinə hücumları zaman baş verib. O, qoşunların şücaətlə və peşəkarcasına döyüşdüyünü, hücumları dəf etdiyini və terrorçuları zərərsizləşdirdiyini bildirib.

Terrorçulardan 38 ədəd AK-47 avtomat silah, 7 ədəd PKT pulemyotu, 5 reaktiv qumbara (RPG), iki ümumi təyinatlı pulemyot (GPMG), əl qumbarası və minlərlə müxtəlif sursat tapılıb. Əsgərlər arasında yaralıların olduğu da bildirilir.

Nigeriyanın şimal-şərqində yerləşən, həmçinin Çad, Niger və Kamerunda da fəaliyyət göstərən “Boko Haram” terror qruplaşması mülki şəxslərə, təhlükəsizlik qüvvələrinə və məktəblərə qarşı hücumlar, o cümlədən kütləvi atışmalar, bombalamalar və adam oğurluqları ilə məşhurdur. Bu terror aktları və hücumlar nəticəsində 2009-cu ildən bəri on minlərlə insan ölüb, milyonlarla sakin evlərindən didərgin düşüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
2
azertag.az

3Источники