RU

Kolja Spori: Qarabağ Universiteti sistematik səyahət, sülhü təşviq edən bir vasitə kimi araşdırılmalıdır

Bakı, 24 oktyabr, AZƏRTAC

Yeni universitetlər, məsələn Qarabağ Universiteti, sistematik səyahəti, sülhü təşviq edən bir vasitə kimi araşdırılmalıdır. Sistematik səyahətçi adi turistlərin getməyəcəyi yerlərə səfər edir və regionlarda həmişə iki fərqli hekayənin mövcud olduğunu görür. Qərb mediası adətən yalnız bir tərəfin rəsmi mövqeyini təqdim edir, lakin sistematik səyahətçi həqiqəti öz gözləri ilə öyrənir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Spori dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfərinin yekunlarına dair brifinqdə söyləyib. Onun sözlərinə görə, Qarabağ nümunəsi göstərir ki, azərbaycanlılar uzun illər ərzində öz səsini dünyaya çatdıra bilməyiblər, çünki digər tərəf müəyyən səbəblərdən üstünlük təşkil edib. Lakin Donald Trampın iştirakı ilə imzalanmış Vaşinqton Bəyannaməsindən sonra vəziyyət dəyişib və artıq məlumat mənbələrində hadisələr daha balanslı təqdim olunur.

Избранный
24
1
azertag.az

2Источники