RU

Rusiya ordusu qadınlardan ibarət hücum dəstələri yaradır

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ordusu əsas döyüşlərin getdiyi Pokrovsk istiqamətində ciddi itkiləri kompensasiya etmək məqsədilə qadınlardan ibarət hücum dəstələri formalaşdırır.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun 506-cı motoatıcı polkunun komandiri qadınları hücum bölmələrinə cəlb edir. Bu addım muzdlu və müqaviləli əsgərlərin ehtiyatını tükətdiyindən xəbər verir.

Bildirlir ki, qadınlar yalnız hücumlarda deyil, həm də kəşfiyyat əməliyyatlarında da istifadə olunur. Əgər yaşayış məntəqəsinə hücum uğursuz olarsa, onlara mülki geyimlərə keçərək, dinc sakinlər qiyafəsində Ukrayna ordusunun hərəkətləri barədə məlumat toplamaq əmri verilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
172
30
apa.az

10Источники