Bakı. Trend:
23 oktyabr 2025-ci il tarixində Bursa şəhərində TicarətŞəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) ilə TürkiyePerakendeciler Federasyonu (TPF) arasında əməkdaşlıq niyyətini əksetdirən protokol imzalanıb.
Trend xəbər verir ki, sənədinməqsədi, iki ölkə arasında pərakəndə ticarət sahəsində təcrübə vəbilik mübadiləsini təşviq etmək, standartların və dayanıqlılıqprinsiplərinin inkişafına dəstək verməkdir.
Protokol çərçivəsində tərəflər, pərakəndə və ərzaqtəhlükəsizliyi standartları, rəqəmsal transformasiya, istehlakçıhüquqlarının qorunması və ixtisaslı işçi qüvvəsinin hazırlanmasıkimi sahələrdə əməkdaşlıq imkanlarını araşdıracaq.
TŞİİB bu addımı Azərbaycan pərakəndə sektorunun beynəlxalqtəcrübəyə inteqrasiyası istiqamətində atılmış əhəmiyyətli bir addımkimi dəyərləndirir.
Protokol, iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşməsinəvə pərakəndə ticarətin modernləşməsinə töhfə verməyihədəfləyir.