RU

Braziliya millisinin hücumçusu sabiq klubuna qayıda bilər

BAKI, 24 oktyabr. TELEQRAF

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Rişarlison komandasını dəyişə bilər.

Teleqraf "Teamtalk"a istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə "Everton" maraqlanır.

Liverpul təmsilçisi 28 yaşlı oyunçunun agenti ilə ilkin danışıqları aparıb. "Mavilər" onu yanvarda transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Rişarlison 2018-2022-ci illərdə "Everton"da çıxış edib. Braziliya millisinin üzvünün "Tottenhem"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, cari mövsüm ərzində iştirak etdiyi 13 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Избранный
37
teleqraf.com

1Источники