Məşğulluq istiqamətində süni intellekt həllərinin yaradılması nəzərdə tutulur.
Hafta.az xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov oktyabrın 24-də Bakıda keçirilən "SOCGOV 2025: Süni zəka insan və transformasiya üçün"beynəlxalq konfransın panel sessiyada deyib.
Onun sözlərinə görə, məqsəd həm işəgötürən, həm də işaxtaranlar üçün rahat şəraitin yaradılmasıdır:
"Süni intellekt üzrə 2025-2027-ci illər üzrə strategiyada süni intellekt həllərinin yaradılması nəzərdə tutulur".
K.Əkbərov vurğulayıb ki, hazırda vətəndaşların sağlamlığının qiymətləndirilməsi ilə əlilliyin müəyyənləşdirilməsi sahəsi üzrə süni intellekt həllərinin tətbiqi əsas məqsədlərdən biridir:
"Süni intellekt vasitəsilə həkimlərin I yükünü azaltmağa çalışacağıq. Həmçinin bu, onların daha tez qərar verməsinə şərait yaradacaq".