RU

Müharibə yenidən başlayır - Fransa və ABŞ-dən kömək istədilər

BAKI, 24 oktyabr. TELEQRAF

İsrailin yenidən Livana genişmiqyaslı zərbə endirməsi an məsələsidir.

Teleqraf xəbər verir ki, bu barədə Avropa mənbələri “Sky News Arabia”ya bildiriblər.

Kanala danışan təhlükəsizlik mənbəsinin məlumatına görə, İsrail Livanla bağlı müvafiq quruma “Hizbullah” terror təşkilatının pozuntuları ilə bağlı 1734 şikayət təqdim edib.

“Livan ordusundan bu şikayətlərdən 840-ı ilə bağlı tədbir görülməsi tələb olunub. Livan ordusu onların 528-i üzrə tədbir gördüyünü bildirib”, - mənbə qeyd edib.

İsrail ordusu 88 şikayət üzrə özü tədbir görüb, 812 halda isə tədbir gördükdən sonra şikayəti təqdim edib. Təhlükəsizlik mənbəsinin sözlərinə görə, Livan ordusu 452 hadisə ilə bağlı özü təşəbbüskar şəkildə hərəkət edib.

Mənbə əlavə edib ki, razılaşmanın qüvvəyə minməsindən bəri “Hizbullah”ın 320-dən çox üzvü öldürülüb.

Livan ABŞ və Fransadan İsrailin hücumlarını dayandırmaq üçün müdaxilə etməyi xahiş edib.

Избранный
62
teleqraf.com

1Источники