RU

“19-cu sanksiyalar paketi Macarıstana ziyan vurmur” – Orban

“Budapeşt Avropa Birliyinin sanksiya siyasətinə qarşıdır, lakin Macarıstan iqtisadiyyatına birbaşa ziyan vurmadığı üçün Rusiyaya qarşı 19-cu məhdudiyyətlər paketini dəstəkləyib”.

Busaat.az xəbər verir ki, bunu Brüsseldə Aİ sammitində iştirak edən Macarıstanın baş naziri Viktor Orban deyib.

Orada jurnalistlərlə söhbətində 19-cu paketin qəbulundan əvvəl Avropa Komissiyası ilə uzun həftəlik danışıqların aparıldığını söylədi:

“Macarıstan üçün pis olan hər şeyi istisna etdik.Bu sanksiya paketi kökündən yanlış olan sanksiyalar siyasətinin davamı olsa da, Macarıstana heç bir ziyan vurmur.

Biz həmişə danışıqları elə aparırıq ki, yeni sanksiyalar paketləri qəbul edilsə belə, onlar Macarıstana mənfi təsir göstərməsin”, – deyə Orban bildirib.

Yeganə

 

Избранный
47
busaat.az

1Источники